Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində daha bir oyun keçirilib. 
 
Qaynarinfo xəbər verir ki, "Kəpəz" Şamaxının eyniadlı təmsilçisinin qonağı olub. 
 
Gərgin keçən qarşılaşmanın 68-ci dəqiqəsində gürcü Mixail Erqmlidze hesabı açıb. Ancaq Gəncə klubu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyib. 68-ci dəqiqədə Bahdur Həziyev hesaba tarazlıq gətirib. Qalan dəqiqələrdə qol olmadığından tərəflər meydandan bərabərliklə ayrılıb - 1:1.
 
 
Bu nəticədən sonra "Şamaxı" 11 xalla turnir cədvəlinin 7-ci, "Kəpəz" isə 10 xalla 9-cu pilləsində qərarlaşıb.
 
Səbuhi Həsənov 
 
	
             
            
Şərhlər