Xəbər lenti

Azərbaycan Premyer Liqasında bu gün daha iki qarşılaşma baş tutacaq
İdman 11:37 09.12.2023

Azərbaycan Premyer Liqasında bu gün daha iki qarşılaşma baş tutacaq

Azərbaycan Premyer Liqasında 16-cı tur çərçivəsində bu gün daha iki qarşılaşma baş tutacaq.

Qaynarinfo-nun məlumatına görə, əvvəlcə "Qəbələ" doğma meydanda "Kəpəz"lə qarşılaşacaq. Saat 15.00-da startı veriləcək matçı İnqilab Məmmədov idarə edəcək. 
 
Günün son qarşılaşması Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Baş hakim Rəşad Əhmədovun idarə edəcəyi görüş saat 17.00-da başlayacaq. 

Azərbaycan Premyer Liqası, 16-cı tur

9 dekabr (şənbə)

15:00. "Qəbələ” – "Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu

17:00. "Zirə” – "Araz-Naxçıvan”

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu
 
Turun dünən keçirilən bir qarşılaşmasında aşağıdakı nəticə qeydə alınıb:

"Sumqayıt" - "Qarabağ" 1:6

"Qarabağ" - 35, "Zirə" - 28, "Sumqayıt" - 23, "Səbail" - 23, "Araz-Naxçıvan" - 22, "Neftçi" - 22, "Sabah" - 19, "Turan Tovuz" - 16, "Qəbələ" - 11, "Kəpəz" - 10

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->