Xəbər lenti

Azərbaycan və Pakistan prezidentlərinin geniş tərkibdə görüşü keçirildi (YENİLƏNİB)
Foto 13:28 12.07.2024

Azərbaycan və Pakistan prezidentlərinin geniş tərkibdə görüşü keçirildi (YENİLƏNİB)

İslamabadda iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub.

Qaynarinfo xəbər verir ki, görüşdə ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın Azərbaycana siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirildi.

Hazırda ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.

Prezident Asif Əli Zərdari Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Dövlətimizin başçısı Pakistan Prezidentini COP29-a dəvət etdi.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

13.21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 12-də İslamabadda Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasının ərazisindəki "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

10.53

İslamabadda Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü keçirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

10.26
 
İyulun 12-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->