Ermənistanın ikinci Prezidenti,
"Hayastan" blokunun lideri Azərbaycan-Ermənistan sərhədində vəziyyətin
kəskinləşməsinin mümkün nəticələrini şərh edib.
Yerli KİV-lərə müsahibəsində Robert Koçaryan sərhədin
Sədərək-Erasx istiqamətində baş verən son atışmaları Azərbaycanla sülh müqaviləsinin
imzalanmasının "mümkün müqəddiməsi" adlandırıb.
"Bəli, bəlkə də Ermənistan tərəfindən Azərbaycanın
ərazi bütövlüyü tanınmadan bağlana bilməyəcək bir razılaşma növü hazırlanır. Bu
isə Qarabağın sonu olacaq", Robert Koçaryan deyib.
Onun sözlərinə görə, "bu cür təxribatlardan
sonra" yeni bir müharibə təhlükəsinə görə, Ermənistana güzəştləri təklif
edən yeni sənədin imzalanması xalq tərəfindən artıq "xəyanət kimi yox,
qurtuluş kimi" qəbul ediləcək.
"Biz sanki Qaragöldə çox sayda Azərbaycan əsgərlərinin
olduğunu unutmuşuq... Bu, müharibə vaxtı və ondan sonra Ermənistanın başına gələnlərin
məntiqi davamıdır. Göstərdik ki, artıq dişimiz yoxdur, adekvat cavab vermək
imkanı və istəyimiz yoxdur", - Robert Koçaryan deyib.
Cümə axşamı günü Azərbaycan Prezidenti İlham Əliyev
"Dağlıq Qarabağın statusu" ilə bağlı mövqeyinin dəyişmədiyini bəyan
edib.
Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində
o deyib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur:
"Status məsələsi də, həmçinin. Mən müharibə başa çatandan sonra noyabrın
10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq
yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz".
Mənbə: yenisabah.az
Şərhlər