Kərə yağı kimi satılan məhsulların tərkibində bitki yağları aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyi "Allbuy" MMC və "Şamaxı Dairy Farm" MMC tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürüb. Nəticədə kərə yağı adı ilə satılan məhsula bitki yağı qatıldığı ortaya çıxıb
Agentlik sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edib.
Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur.
Məsələ ilə bağlı həmin məhsulları istehsal edən şirkətlərlə də əlaqə saxladıq. Lakin onlar açıqlama verməkdən imtina etdilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Şərhlər