XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı (RƏSMİ)
Ölkə15:28 05.04.2020

Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı (RƏSMİ)

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olmuş, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.
Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.
Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.