XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanda qızılcaya yoluxma halları artır (RƏSMİ)
Ölkə10:49 01.12.2023

Azərbaycanda qızılcaya yoluxma halları artır (RƏSMİ)

"Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur".
Qaynarinfo xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.
Onun sözlərinə görə, yoluxma hallarının artmasına səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır.
TƏBİB rəsmisi bildirib ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir: "Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd olunan şəxslər virusa yoluxsa da, bunu yüngül keçirə bilər. Qızılca peyvəndinə əks göstəriş olan hallar da var.