Xəbər lenti

Azərbaycanda son bir həftədə yaşıllıqlara 136 700 manat ziyan dəyib
Ölkə17:31 16.10.2026

Azərbaycanda son bir həftədə yaşıllıqlara 136 700 manat ziyan dəyib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Ağsu və Şəmkir rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Qaynarinfo-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Araşdırma zamanı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Mikayıl Hüseynov prospektində, Yasamal rayonu, Mətbuat prospektində, Ağsu rayonu, Suraxanı və Şəmkir rayonu, Sabirkənd kəndləri ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 136 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.