Maqazin 13:24 21.03.2023

Azərbaycanda tanınmış aparıcının pulunu belə ələ keçirmək istədilər (VİDEO)

Aparıcı Fira Cəlilova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Qaynarinfo xəbər verir ki, o, şəxsi instaqram hesabında paylaşdığı videoda ona qarşı dələduzluğa cəhd edildiyini bildirib. 

Cəlilova özünü banklardan birinin əməkdaşı kmi təqdim edən şəxsin onun kartında xarici əməliyyatlar apardığını deyib. Daha sonra həmin şəxs aparıcıdan kartının şifrəsini istəyib. 

Fira isə onun dələduz olduğunu və sadəcə pulunu mənimsənək istəyən şəxs olduğunu bilib və bu əməliyyatdan imtina edib. 

Cəlilova bu videonu paylaşaraq izləyicilərini də belə zənglərə aldanmamağa səsləyib.