XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanın İslamiadanın bağlanış mərasimindəki bayraqdarı müəyyənləşdi
İdman15:21 18.08.2022

Azərbaycanın İslamiadanın bağlanış mərasimindəki bayraqdarı müəyyənləşdi

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarı müəyyənləşib.
"Report"un Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu gün Bakı vaxtı ilə saat 21:00-da bağlanış mərasimi keçiriləcək.
Bağlanışda Azərbaycan nümayəndə heyətinin bayraqdarı İslam Həmrəyliyi Oyunlarının üçqat mükafatçısı – basketbol 3x3 milli komandasının üzvü Zaur Paşayev olacaq.