Sənət 16:40 24.06.2022

Azərbaycanlı şair beynəlxalq mükafata layiq görüldü (FOTO)

Azərbaycanlı şair və tərcüməçi Ümid Nəccari Ruminiyanın nüfuzlu Beynəlxalq Mihai Eminescu medalına layiq görülüb və Mihai Eminescu akademiyasının üzvü seçilib.

Bu haqda Qaynarinfoya Ümid nəccari özü məlumat verib.

Mihai Eminescu Akademiyasının Beynəlxalq festivalında 30-dan çox ölkənin nümayəndəsi iştirak edib. Festival Ruminiyanın şairlər şəhəri adını qazanmış Kraiovada keçirilib. 

Qeyd edək ki, Ümid Nəccarinin şeir və yazıları indiyə qədər ABŞ, İtaliya, İspaniya, Rusiya, Serbiya, Kosovo, Ruminiya, Monteneqro, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbuat orqanlarında tərcümə olunaraq işıqlandırılıb.