Xəbər lenti

Azercell abunəçilərinin nəzərinə
Ölkə 11:23 21.06.2024

Azercell abunəçilərinin nəzərinə

20 iyun 2024-cü il tarixində axşam saatlarından etibarən respublikanın bəzi bölgələrində güclü küləkli hava şəraiti ilə əlaqədar Azercell
abunəçilərinin telekommunikasiya xidmətlərindən istifadəsi zamanı müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür. 

Bu barədə Qaynarinfo-ya Azercell-dən məlumat verilib

Hal-hazırda yaranmış halın aradan qaldırılması və mobil rabitə xidmətlərinin tam bərpası üçün şirkətimiz gücləndirilmiş iş rejimində
çalışır, müvafiq ərazilərdə zəruri tədbirlər görülür. Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, ən qısa zamanda xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin ediləcəkdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->