Xəbər lenti

Ekonomiks 17:17 17.02.2024

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyası davam edir

Növbəti həftə (19, 20, 22 və 23 fevral tarixləri) saat 11:00-dan 12:00-dək 4 rayonda "Azəriqaz" İB-nin "Açıq mikrofon” aksiyası keçiriləcək. 

Aksiya həftənin 1-ci günü Ağsu rayonu, Pirhəsənli kəndində (Kənd orta məktəbinin qarşısı), 2-ci günü Qobustan rayonu, İdman Kompleksinin qarşısında (Yeni massiv ərazisi), 4-cü günü İsmayıllı rayonu, Ruşan kəndində (İcra nümayəndəliyinin qarşısı), 5-ci günü isə Ucar rayonu, Lək kəndində (İcra nümayəndəliyinin qarşısı) baş tutacaq. 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?