Ekonomiks 13:05 24.02.2024

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyası davam edir

Növbəti həftə (26,27,29 fevral və 01 mart tarixləri) saat 11:00-dan 12:00-dək 3 rayon və 1 şəhərdə "Azəriqaz" İB-nin "Açıq mikrofon” aksiyası keçiriləcək. 

Aksiya həftənin 1-ci günü saat Oğuz rayonunun Kərimli kəndində (İcra nümayəndəliyinin qarşısı), 2-ci günü saat Balakən rayonunun Mahamalar kəndində (Bələdiyyə binasının qarşısı), 4-cü günü Şəki şəhərində (Almas İldırım küçəsi, 118-119-cu kvartal), 5-ci günü isə Qəbələ rayonunun İmamlı kəndində (İcra nümayəndəliyinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.