Ölkə 17:36 06.06.2023

Babasından qalan 180 minlik sikkələri “Food City”ə aparmaq istəyən şəxs saxlanıldı

Rusiyanın paytaxtə Moskvada yerləşən "Food City” bazarına satmaq üçün aparılan sikkələr müsadirə olunub.

Qaynarinfo-nun məlumatına görə, 15 iyun 1964-cü ildə Türkiyənin Antakya şəhərində anadan olmuş Klilsi Mehmet babasından miras qalmış tarixi əşyaları satıb qazanc, əldə etmək istəyib. 

Suriya vətəndaşı olan qohunu Abu Abdo ona əşyaları Rusiyada baha qiymətə sata biləcəyini bildirib. Abu Abdo Moskva şəhərində "Food City” adlanan bazarda tanışının olduğunu, həmin şəxsin əşyaları satmaqda ona köməklik edəcəyini deyib. 

O, 20 may 2022-ci il tarixdə Rusiyaya aparacağı yükü "Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə yükləyərək yola düşüb. Mayın 24-də Gürcüstana daxil olub və nəqliyyat vasitəsinə səthi baxış keçirildiyi üçün həmin əşyalar aşkar edilməyib. Bundan sonra Gürcüstanın ərazisini tərk edərək Azərbaycan gömrük postuna daxil olub və yoxlama zamanı həmin əşyalar aşkar edilərək götürülüb.
 


Sikkələrin ümumi dəyəri 176990 manatdan artıq qiymətləndirilir. Hadisəyə görə sürücü saxlanılıb. 

Məhkəmənin qərarı ilə Klilsi Mehmet Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinib, 2 min manat cərimə edilib və ölkə hüdudlarından məcburi çıxarılmasına qərar verilib. 

Sink əsaslı ərintilərdən hazırlanmış sikkələr xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb.

Əhməd