XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakı aeroportunda silahlı şəxs ələ keçirildi
Ölkə06:14 19.11.2022

Bakı aeroportunda silahlı şəxs ələ keçirildi

Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşdan əvvəl yoxlama zamanı sərnişinlərdən birindən "Makarov” tipli tapança götürülüb.
Bu barədə Qaynarinfo-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.
Silah "Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib.
Hadisə sənədləşdirilib, sərnişin əlavə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.