Xəbər lenti

Bakıda 21 mərtəbəli ticarət mərkəzi 120 milyona satışa çıxarılıb - Sahibi kimdir?
Ekonomiks 18:32 03.12.2024

Bakıda 21 mərtəbəli ticarət mərkəzi 120 milyona satışa çıxarılıb - Sahibi kimdir?

Bakı şəhər Səbail rayonu Nizami küçəsi 90 A ünvanında yerləşən 21 mərtəbəli "Landmark” biznes mərkəzi hərrac vasitəsiylə satışa çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat "herrac.gov.az" saytında yer alıb.

Bildirilir ki, sahəsi 32 min 653,75 kv. metr olan biznes mərkəzinin ilkin satış qiyməti 120 milyon manat təşkil edir. Hərracda iştirak etmək istəyənlər 6 milyon manat beh ödəməlidirlər.

Məlumat üçün bildirək ki, "Landmark" biznes mərkəzi kiprli iş adamı Sami Efruza məxsus olub. Sami Efruz vəfat etdikdən sonra biznes mərkəzi onun oğlu Eran Müdüroğlu tərəfindən idarə olunub. Mərkəzin rəhbəri də Eran Müdüroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayeva olub. Nərgiz Nəsrullayeva 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının sədri vəzifəsində işləyən Namiq Nəsrullayevin qızıdır.

Onu da qeyd edək ki, bir müddət əvvəl mətbuatda Eran Müdüroğlu və Nərgiz Nəsrullayevanın ölkəni tərk etdikləri barədə məlumatlar yayılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->