XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakıda hamamdan telefon oğurladı
Ölkə09:04 29.02.2024

Bakıda hamamdan telefon oğurladı

Bakıda hamamdan telefon oğurlayan şəxs həbs edilib. 
Qaynarinfo-nun məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, 2236-cı məhəllə ünvanında yerləşən hamamda baş verib. 
Belə ki, çimmək adı ilə hamama girən 1987-ci il təvəllüdlü Elçin Əsədov (ad-soyad-şərti) müştəriyə məxsus "Smartone" markalı telefon oğurlayıb.
Məhkəmənin qərarı ilə Elçin Əsədov İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibat xətanı törətməkdə təqsirli bilinib və  barəsində 23 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilib.
Əhməd