Xəbər lenti

Bakıda kuryoz hadisə: Qonşusunun maşının yandırdı, öz evinin kamerası ilə tutuldu
Ölkə 18:33 02.10.2023

Bakıda kuryoz hadisə: Qonşusunun maşının yandırdı, öz evinin kamerası ilə tutuldu

Bakıda qonşunun avtomobilini yandıran şəxslə bağlı məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə ilə bağlı təqsirləndirilən şəxs "Qala Həyat" Sığorta Şirkəti ASC-də mütəxəssis işləyən, ali təhsilli Firudin Zamanov (soyad şərti), zərərçəkmiş şəxs isə İbrahim Səttarov (soyad şərti) ad-soyadlı şəxslərdir. 

Firudin Zamanov hadisəni törətməsinə səbəb kimi, qeyri-rəsmi nigahda yaşadığı Kristinanın ölkədən getməsinə qonşusu İbrahim Səttarovun anasının köməklik etməsini göstərib. O, bildirib 2018-ci ildən Kristina ilə qeyri-rəsmi nikahda yaşayıb. Onların ailə münaqişələri olduğundan Kristina oğlu Əhmədi götürüb evdən gedib. Bir müddətdən sonra o, uşağı geri qaytarıb. Buna görə də Kristina oğlu Əhmədi götürüb ölkədən gedib. Firudin  qonşusu İbrahim Səttarovun anasının bu işdə Kristinaya kömək etdiyini eşidib. O, bunu bildikdən sonra Badamdar qəsəbəsində yerləşən evinin həyətində olan qarajdan içərisində benzin olan butulkanı götürüb, İbrahimin yaşadığı evin yanına gedib. Benzini ona məxsus "Kia Rio” markalı avtomobilin üzərinə töküb və yandırıb.

İbrahim Səttarov ona 23 min manat ziyan dəydiyini və hadisənin Firudin Zamanovla anası arasında baş verən münaqişəyə görə törədildiyini bildirib. Qeyd edib ki, bildiyinə görə, qonşuluqda yaşayan Firudin küçəni zibillədiyinə və anam isə küçəni təmizlədiyinə görə onların arasında mübahisə olub. Firudin də onlara ziyan vurmaq məqsədi ilə ona məxsus avtmobili yandırıb: "Onun səsləndirdiyi iddialar yalandır”. 

Maraqlıdır ki, təsirləndirilən şəxsin evində quraşdırdığı videokameraların görüntüləri ilə Firudin Zamanov saxlanılıb.

Məhkəmənin qərarı ilə Firudin Zamanova 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilib və onun üzərində 2 il sınaq müddəti müəyyən olunub.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->