Bakıda qarajda olan "Toyota Prius" markalı avtomobilin sahibinə nəqliyyat vasitəsinin dayanma-durma qaydalarını pozduğuna görə cərimə protokolu gəlib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, cərimə protokolu sözügedən nəqliyyat vasitəsinin Xəzər rayonu Mərdəkən qəsəbəsində qarajda olarkən tərtib edilib.
Belə ki, avtomobilin sahibi Taryel Abdalov bildirib ki, protokol tərtib edildiyi barədə "SMS-Radar" vasitəsilə ona bildiriş gəlib.
Amma vətəndaş həmin protokolda dayanma-durma qaydalarını pozan nəqliyyat vasitəsinin "Ford" markalı avtomobil olduğunu görüb.
Məlum olub ki, ərazidə quraşdırılan nəzarət-müşahidə kamerası tərəfindən 99 NK 628 dövlət qeydiyyat nişanlı "Ford" markalı avtomobilin qaydanı pozmasına görə tərtib edilmiş cərimə protokolu texniki yanlışlıq olaraq 99 MK 628 dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sahibinə göndərilib.
Şərhlər