Xəbər lenti

Baş nazir müraciətlərdən danışdı:
Siyasət 12:23 14.03.2025

Baş nazir müraciətlərdən danışdı: "Milli təhlükəsizliyə zidd olduğu üçün baxılmayacaq"

"Ötən il hökumətin hesabatı təqdim edildikdən sonra ümumilikdə deputatlar tərəfindən müxtəlif məsələlər üzrə 151 müraciət daxil olub, o cümlədən 34-ü humanitar, 31-i iqtisadi, 23-ü sosial, 22-i nəqliyyat və yol infrastrukturu, 15-i tikinti, 14-ü kommunal, 5-i qanunvericilik, 4-ü təhlükəsizlik, 3-ü isə digər sahələrə aid olub".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin iclasında baş nazir Əli Əsədov deyib.

Əli Əsədov qeyd edib ki, bunlardan 57 müraciət üzrə qaldırılan məsələlər tam, 48 müraciət üzrə isə qismən icra edilmiş və yaxın zamanlarda icranın başa çatdırılması nəzərdə tutulub:

"Digər 46 məsələnin icrası istiqamətində işlər hazırda davam etdirilir. İki müraciət milli təhlükəsizliyimizə zidd olduğu üçün baxılmayacaq".
 
Qafqaz Rafiqoğlu 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->