İdman 21:36 29.03.2024

"Bayer" Alonso ilə bağlı qərarını açıqladı

Almaniya Bundesliqasının lideri "Bayer" baş məşqçi Xabi Alonsonun mövsümün sonunda klubdan gedib-getməyəcəyi ilə bağlı açıqlama verib.

Qaynarinfo-nun məlumatına görə, Leverkuzen təmsilçisi gələn mövsüm də Alonsonun komandaya rəhbərlik edəcəyini bildirib. Bundesliqada məğlubedilməz liderliyini davam etdirən komandanın növbəti mövsümdə baş məşqçi postunda dəyişiklik olunmaması qərara alınıb. 

Avropada bir çox böyük klubla yanaşı adı çəkilən Alonso, Leverkuzen təmsilçisinin saytına verdiyi açıqlamada, "Burada hamı mənə hörmətlə yanaşdı və bunun qarşılığını vermək istədim. İndi hamımız hədəflərimizə çatmaq üçün tam sürətlə çalışmalıyıq" - deyib.

Səbuhi Həsənov