Xəbər lenti

İdman 14:05 17.06.2023

Bekhem "İnter Mayami" ilə yolları ayırıb İngiltərəyə qayıdır

İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhemin oğlu Romeo karyerasını öz ölkəsində davam etdirə bilər.

Qaynarinfo "mirror"a istinadən xəbər verir ki, Romeo Bekhem "Brentford" la birillik müqavilə bağlamağa hazırlaşır .

20 yaşlı cinah oyunçusu 2023-24 mövsümünü 6 ayını icarə əsasında "Brentford"un "B" komandasında keçirəcək. Daha sonra o, Premyer Liqa klubunda oynamaq üçün atasının sahib olduğu "İnter Mayami" ilə müqaviləyə xitam verəcək. İngiltərə klubu gəncin futbolçu üçün "İnter Mayami"yə nominal transfer haqqı ödəyəcək. 

Bekhemin atası "Mançester Yunayted"in heyətində altı Premyer Liqa titulunu və Çempionlar Liqasını qazanaraq nəslinin ən böyük oyunçularından sayılır. O, həmçinin "Real", "Milan", PSJ və "La Qalaksi"nin də formasını geyinib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->