İmişli rayonunun Muradxanlı kənd bələdiyyəsinin üzvü Rəşad Talıbzadənin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi xüsusi icraat qaydasında ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edib.
Artıq iş üzrə hakim təyin edilib. Vergilər idarəsinin ərizəsinə hakim Elşən Abdullayevin sədrliyi ilə baxılacaq.
Rəşad Talıbzadə 2019-cu ilin bələdiyyə seçkilərində 440 səslə Muradxanlı kənd bələdiyyəsinin üzvü seçilib.
Yeri gəlmişkən, onun bu günə olan vergi borcu 46,52 AZN təşkil edir.
Seyid
Şərhlər