Xəbər lenti

Berbok İlham Əliyevdən Qarabağa səfərlərə icazə verilməsini xahiş etdi
Siyasət 13:16 27.09.2023

Berbok İlham Əliyevdən Qarabağa səfərlərə icazə verilməsini xahiş etdi

Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycan prezidenti İlham Əliyevdən beynəlxalq müşahidəçilərin Qarabağa buraxılmasını xahiş edib. O, həmçinin Almaniyanın regiona humanitar yardım göndərən Beynəlxalq Qırmızı Xaçın (BQXK) maliyyəsini iki dəfədən çox artıracağını bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Mən humanitar yardımımızı bir daha əhəmiyyətli dərəcədə artırmaq və Beynəlxalq Qırmızı Xaç Komitəsi üçün əlavə maliyyələşdirməmizi 2 milyon avrodan 5 milyon avroya (5,28 milyon dollar) artırmaq qərarına gəldim”, - deyə Berbok bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->