Xəbər lenti

Berbok İrəvanda ərazi bütövlüyümüzü dəstəklədi, Rusiyadan asılı olduqlarını dedi
Siyasət 19:16 03.11.2023

Berbok İrəvanda ərazi bütövlüyümüzü dəstəklədi, Rusiyadan asılı olduqlarını dedi

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, həm Almaniya, həm də Ermənistan Rusiyadan asılıdır və bunu bir gündə dəyişmək olmaz. 

Qaynarinfo xəbər verir ki, o, bunu İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.

Berbokun sözlərinə görə, Almaniya Rusiyadan enerji təchizatından əhəmiyyətli dərəcədə asılıdır:

"Biz Ermənistanın Rusiyadan necə asılı olduğunu da başa düşürük. Bunu bir gündə dəyişmək olmaz. Amma siz onu da bilirsiniz ki, asılılığı azaltmaq üçün bizə etibarlı tərəfdaşlar lazımdır. Enerji təhlükəsizliyini təmin etmək üçün yeni layihələrə, yeni infrastrukturlara ehtiyacımız var".

Onun sözlərinə görə, Almaniya və Ermənistan enerji təhlükəsizliyi sahəsində daha da sıx əməkdaşlıq edə bilərlər.

Bununla yanaşı, nazir Ermənistana hücum olacağı təqdirdə Almaniyanın Azərbaycanın enerji sektoruna qarşı sanksiyalar tətbiq edib-etməyəcəyi sualına birbaşa cavab verməkdən yayınıb. Berbok bildirib ki, o, regionda yeni eskalasiyanın olmamasını təmin etməyə sadiqdir. Və sülhə nail olmaq üçün mövcud imkan pəncərəsindən istifadə etmək lazımdır.

O, Almaniyanın Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və onların sülh müqaviləsi imzalamaq istəyini dəstəkləyəcəyini bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->