Xəbər lenti

İdman 20:55 03.01.2024

"Beşiktaş" məşhur niderlandlı ilə anlaşıb

Qaynarinfo-nun məlumatına görə,  İstanbul klubu niderlandlı mütəxəssis Covanni van Bronxorstla prinsipial razılığa gəlib. Xarici KİV-də yer alan xəbərlərə görə, 48 yaşlı məşqçi ilə maaş və mövsüm planlaması ilə bağlı razılıq əldə olunub.

Məşqçinin bəzi tələblərinin yerinə yetirilməsi istiqamətində də işlər davam edir. Bunlar da həllini tapacağı təqdirdə keçmiş futbolçu ilə ilkin razılaşma əldə olunacaq və o İstanbula gələcək. 

Kemiş müdafiəçi, Niderland millisində 106 dəfə meydana çıxıb. 2010-cu ildə dünya çempionatında komandası ilə birlikdə ikinci olan "Gio" karyerası ərzində "Barselona", ​​"Arsenal", "Feyenord" və "Qlazqo Reyncers"də çıxış edib. 

O, məşqçilik karyerasına 2011-ci ildə "Feyenord"da köməkçi kimi başlayıb. da2015-ci ildə "sükanı" arxasına keçdiyi "Feyenord"u 2017-ci ildə çempionluğa daşıyıb. Ancaq 2019-cu ildə getdiyi Çin komandası "Quançjou"da uğur qazana bilməyib. 2021-ci ildə Stiven Cerrardın gedişindən sonra "Qlazqo Reyncers"ə rəhbərlik edən Van Bronxorst bu klubla kubok qazanmağı bacarıb. 

O, 2022-ci ilin noyabrından klubsuzdur.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->