Ölkə 17:32 29.01.2023

Bəzi rayonlarda yollar buz bağlayacaq

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, yanvarın 30-da ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı, dağlıq və dağətəyi rayonlarda isə yolların buz bağlayacağı ehtimalı var.