Xəbər lenti

Dünya 14:23 01.02.2024

Blinken Yaxın Şərqə yeni səfərə hazırlaşır

ABŞ-ın dövlət katibi Entoni Blinken tezliklə Yaxın Şərqə növbəti səfərə yola düşəcək.

Qaynarinfo "Yevropeyska Pravda”ya istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan amerikalı məmur AFP-yə bildirib. 

Agentliyin həmsöhbətinin sözlərinə görə, Blinken "yaxın günlərdə” bölgəyə qayıdacaq.

Blinkenin bölgəyə səfəri İsrailin Qəzzaya hücumunu dayandırmaq və HƏMAS tərəfindən saxlanılan girovları azad etmək təklifi ətrafında danışıqların intensivləşdiyi vaxta təsadüf edəcək.

Bu, HƏMAS yaraqlılarının İsrailə hücumuna başlayandan bəri Blinkenin regiona beşinci səfəri olacaq.

Hər səfəri zamanı dövlət katibi adətən həm İsrailə, həm də bir sıra ərəb ölkələrinə səfər edir.

Bazar ertəsi Blinken bildirib ki, Qətərin vasitəçiliyi ilə "yaxşı, güclü təklif" hazırlanıb. 

ABŞ Dövlət katibi sonuncu dəfə yanvarın əvvəlində Yaxın Şərqə səfər edib. O, səfər çərçivəsində Türkiyə, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir və İsraildə, həmçinin İordan çayının qərb sahilində olub.  

Xarici media daha əvvəl xəbər verib ki, ABŞ prezidenti Co Bayden administrasiyası Tel-Əvivi Vaşinqtonun Qəzzada hərbi əməliyyatını azaltmaq üçün uzunmüddətli çağırışlarına qulaq asmağa məcbur etmək məqsədilə İsrailə bəzi silah tədarükünü yavaşlatmağı və ya dayandırmağı düşünür.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?