Xəbər lenti

Dünya 11:57 31.10.2023

"Bloomberg": "Səudiyyə Ərəbistanı ordusunu yüksək hazırlıq vəziyyətinə gətirdi"

Səudiyyə Ərəbistanı silahlı qüvvələri Yəmənin şiə "Ənsar Allah” hərəkatının üzvləri ilə toqquşmadan sonra yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb

Yəmənlə sərhəddəki dağlıq cənub-qərbdəki Cazan əyalətində husi üsyançıları ilə toqquşmada 4 Səudiyyə əsgəri həlak olub. Bundan əvvəl husilər oktyabrın 19-da qanadlı raketlər və pilotsuz təyyarələrlə İsrailə hücum etmişdilər ki, bunlardan biri də, nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanına düşüb. Bundan sonra dövlət ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Agentliyin mənbələri Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Əl Səudun Yəməndəki vəziyyəti və Fələstin-İsrail münaqişəsinin nəticələrini müzakirə etmək üçün ABŞ-a səfər etdiyini də öyrənib.

Xatırladaq ki, Yəməndə hökumətlə "Ənsar Allah” tərəfdarları arasında qarşıdurma 2014-cü ildən davam edir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->