Siyasət 11:55 08.02.2023

BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası real deyil - Rusiya XİN

BMT sülhməramlılarının Dağlıq Qarabağa göndərilməsi ideyasının gerçəkləşməsi çətin ki, real olsun, regionda sülhün və təhlükəsizliyin bərpası vəzifəsini Rusiya sülhməramlı kontingenti effektiv şəkildə həll edir. 

Qaynarinfo xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Petr İliçev "RİA Novosti"yə müsahibəsində deyib.

O qeyd edib ki, beynəlxalq və xarici təşkilatlardan yalnız Beynəlxalq Qızıl Xaç Komitəsi bu günə kimi Dağlıq Qarabağda işləyir, "BMT-nin humanitar qurumları isə azərbaycanlılardan və ermənilərdən anklava daxil olmaq, hətta ilkin ehtiyacları həyata keçirmək üçün qiymətləndirmə missiyası icazə almayıb”. 

İliçevin fikrincə, "çətinliklər tərəflərlə bərabər məsafəli mövqe tuta bilməməsi siyasi səbəbdən, o cümlədən regiona giriş-çıxış, hesabatların verilməsi, nəzarət və humanitar fəaliyyətlərin qurulmasının hüquqi əsasları ilə əlaqədar yaranır”. 

"Bu şəraitdə Dağlıq Qarabağa hətta beynəlxalq humanitar yardımın qaydaya salınmasında heç bir irəliləyiş yoxdur, beynəlxalq sülhməramlı kontingentin göndərilməsi ideyasının praktiki həyata keçirilməsi, üstəlik, tərəflərin BMT Təhlükəsizlik Şurasının sanksiyalarını tələb edəcəyi real deyil”, - İliçev fikrini yekunlaşdırıb.
 
"Biz ondan çıxış edirik ki, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağda sülhün və təhlükəsizliyin bərpası ilə bağlı bütün vəzifələrin öhdəsindən səmərəli şəkildə gəlir”, - o əlavə edib.

Bundan başqa, rusiyalı diplomat əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının mandatı altında yerləşdirilən sülhməramlı missiyalar həmişə ev sahibi dövlətlərin etimadını qazanmır.
 
"Bəzi hallarda, sonuncular aşağı effektivliyə görə "Mavi Dəbilqələr"in geri çəkilməsinin tərəfdarıdırlar. Ona görə də məsələ sülhməramlı əməliyyata kimin icazə verməsində deyil, daha çox münaqişənin hər iki tərəfində onun dayandırılmasında xoş niyyətin olması və onun nəticələrinin aradan qaldırılmasıdır”, - İliçev bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın əvvəlində bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdakı mandatı başa çatdıqdan sonra BMT Təhlükəsizlik Şurasına regiona beynəlxalq sülhməramlı kontingentin göndərilməsi ilə bağlı sorğu gələ bilər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan baş nazirinin sözlərini şərh edərkən bildirib ki, beynəlxalq sülhməramlılar münaqişənin bütün tərəflərinin razılığı ilə Qarabağda işə cəlb oluna bilər.

Alpər