"Əgər
münaqişəyə son qoymaq istəyirlərsə, özlərinin 1990-ci ildə qəbul etdiyi qətnamənin
reallaşmasını təmin etsinlər".
BunuQaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu oktyabrın 19-da keçirilməsi
nəzərdə tutulan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qapalı
iclası haqqında danışarkən deyib. Politoloq qeyd edib ki, BMT-nin bu iclası əvvəlkilərdən
heç nə ilə fərqlənməyəcək:
"İclas
qapalıdır. Yəqin yenə də danışıqlara, atəşkəsə çağırışlar olacaq. Bu görüşün Azərbaycan
üçün heç bir əhəmiyyəti yoxdur. Artıq neçənci dəfədir ki, Gəncəni vururlar, belə
bir vəziyyətdə heç bir atəşkəsdən söhbət gedə bilməz".
Elxan
Şahinoğlu bildirib ki, 1990-ci ildə qəbul edilən qətnamə reallaşmasa, Azərbaycanı
heç nə dayandıra bilməz.
Qeyd
edək ki, oktyabrın 19-da BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağla bağlı qapalı
iclas keçirəcək. Bildirilir
ki, iclas Minsk Qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ-ın təşəbbüsü ilə
keçiriləcək.
Bahar
Rüstəmli
Şərhlər