Xəbər lenti

Bu iki ölkə də yanvarın 1-dən Şengenə qoşulacaq
Dünya 16:03 12.12.2024

Bu iki ölkə də yanvarın 1-dən Şengenə qoşulacaq

Rumıniya və Bolqarıstan 2025-ci il yanvarın 1-dən Şengen zonasına üzv olacaqlar. Şengen dünyanın ən böyük sərbəst hərəkət zonasıdır.

Bu barədə Qaynarinfo Aİ Şurasının saytına istinadən xəbər verir.

"Bu, nəhayət, Bolqarıstan və Rumıniyanı Şengen Sazişinin tamhüquqlu üzvləri kimi salamlamaq üçün tarixi məqamdır”, - Macarıstanın daxili işlər naziri Şandor Pinter deyib.

Onun sözlərinə görə, bu üzv dövlətlərlə və bu dövlətlər arasında daxili quru sərhədlərində şəxslər üzərində yoxlamaların ləğvi Macarıstanın sədrliyinin əsas prioriteti olub və bu gün biz bunu reallığa çevirmişik.

"Bu addım təkcə Bolqarıstan və Rumıniya vətəndaşlarına deyil, həm də bütövlükdə Aİ-yə fayda verəcək", - o deyib.

Qeyd edək ki, Şengen dünyanın ən böyük sərbəst hərəkət zonasıdır. Fransa, Almaniya, Belçika, Niderland və Lüksemburq arasında sərhəd yoxlamaları ilk dəfə 1985-ci ildə ləğv edilib.

Şengen zonası hazırda 29 ölkəni (27 üzv dövlətdən 25-i, əlavə olaraq İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə) və 420 milyon insanı əhatə edir. Kiprlə daxili sərhədlərə nəzarət hələ də qaldırılmayıb və İrlandiya Şengen zonasına daxil deyil.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->