Xəbər lenti

“Bu məsələdə Rusiyanın mövqeyi önəmlidir, amma...” - Deputat
Dünya 16:31 11.09.2023

“Bu məsələdə Rusiyanın mövqeyi önəmlidir, amma...” - Deputat

"Son danışıqlar göstərir ki, "taxıl sazişi” nin bərpa edilməsi ehtimalları var. Bu  məsələdə Türkiyənin rolu həlledici olaraq qalır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında deputat Vüqar Bayramov deyib. O, "taxıl sazişi” ilə bağlı müzakirələrin davam etdiyini qeyd edib: 

"Əsas məqsəd daha qısa müddətdə "taxıl saziş”inin bərpa edilməsinə nail olmaqdan ibarətdir. Bu baxımdan, Rusiyanın mövqeyi çox önəmlidir. Türkiyə Rusiya ilə bu istiqamətdə danışıqları gücləndirir. Türkiyə prezidentinin Rusiyaya səfərində də müzakirə edilən məsələlərdən biri məhz bu idi. Rusiya üçün əslində nəinki orta və uzun müddətə, hətta qısa müdətli dövrə baxanda bu anlaşmaq vacibdir. Çünki Rusiyanın özünün də ixrac kanalları məhdudlaşmaqdadır. Eyni zamanda, bu, taxıl ixracı həssas məsələdir və buna BMT daxil olmaqla digər aparıcı qurumların kifayyət qədər həssas bir yanaşması var”. 

Vüqar Bayramov hesab edir ki, bu istiqamətdə aparılan danışıqlar Rusiyanın mövqeyindən asılı olacaq: 

"Amma Rusiya bu istiqamətdə, xüsusən də danışıqlarla bağlı hər hansı addımlar atarsa o zaman "taxış sazişi”nin bərpa edilməsi mümkündir. Sazişin bərpası məsələsində Rusiyanın qərarı olsa da, prosesdə Türkiyə həlledici rolunu qoruyub saxlayır".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->