Xəbər lenti

Ekonomiks 15:49 09.03.2023

"Bu qanun telefon satışı ilə məşğul olan şirkətlərin marağına xidmət edir" - Ekspert

"Azərbaycana xaricdən alınıb gətirilən telefonların ölkə daxilində, yəni Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin portal.rinn.az (imei.az) saytında qeydiyyata alınması üçün tələb olunan rüsum haqqı onların qiyməti və markasına görə dəyişir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert qeyd edib ki, bundan əlavə, xarici ölkələrdən Azərbaycana gətirilən hər bir telefona 15% gömrük rüsumu, 18% ƏDV ödəniləcək:

"Telefon nə qədər baha olsa, onun qeydiyyat rüsumu bir o qədər baha olacaq. Bunlar ayrı-ayrı məsələlərdir, bir-birinə aidiyyatı yoxdur, gömrük ancaq telefonların ölkəyə daxil olmasına nəzarət edir. Onun Azərbaycanda istifadə olunub-olunmayacağının quruma aidiyyatı yoxdur. Həmin telefon Azərbaycanda istifadə olunacaqsa, artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə rüsum ödənilməlidir".
 


Natiq Cəfərli xaricdən Azərbaycana yalnız qiyməti 300 dollara kimi olan telefonların gətirilə bilməsinin mümkünlüyünü vurğulayıb:

"Ondan baha telefonları gətirmək olmur. Bütün bunlar xaricdən gətirilən telefonların qarşısını almaq üçündür. Ölkə daxilində telefon satışı ilə məşğul olan şirkətlər var. Həmin şirkətlər vətəndaşların kənardan telefon almasını istəmirlər. Yeni qanun vətəndaşların deyil, telefon satışı ilə məşğul olan şirkətlərin marağına xidmət edir”.

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->