Ölkə 22:55 05.08.2022

Bu qurumun işçilərinin sayı artırıldı

Sosial Tədqiqatlar Mərkəzinin işçilərinin say həddi artırılıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabinetinin 2019-cu il 17 may tarixli 225 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə əsasən "Sosial Tədqiqatlar Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 17 may tarixli 225 nömrəli Qərarına edilən dəyişikliklərə əsasən Sosial Tədqiqatlar Mərkəzinin işçilərinin say həddi artıtılaraq 30 nəfərdən 35-ə qaldırılıb.