Biləsuvar şəhərinə içməli suyun verilişi müvəqqəti dayandırılıb.
Bu barədə "Azərsu” ASC-nin 3 saylı Regional Su Kanal idarəsinin Biləsuvar sahəsindən məlumat verilib.
Bildirilib ki, Hacıqabul rayonunda yerləşən və Biləsuvar şəhərini içməli su ilə təmin edən sutəmizləyici qurğuda yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar sabah günün birinci yarısınadək 5 100 abonentin yaşadığı Biləsuvar şəhərinə içməli suyun verilişi müvəqqəti olaraq dayandırılır.
Şərhlər