Xəbər lenti

Bundesliqada mövsümün futbolçusu müəyyənləşdi
İdman 12:31 17.05.2022

Bundesliqada mövsümün futbolçusu müəyyənləşdi

Almaniya Bundesliqasında mövsümün futbolçusu müəyyənləşib.
 
Qaynarinfo xəbər verir ki, bu ada "Leypsiq"in yarımmüdafiəçisi Kristofer Nkunku layiq görülüb. Bu haqda Bundesliqanın rrəsmi saytında məlumat yer alıb.

Nkunku bu mövsüm "Leypsiq"in heyətində meydana çıxdığı 51 oyunda, 34 qola və 16 məhsuldar ötürməyə imza atıb. Fransalı ulduz avrokubok matçlarında 12 dəfə meydana çıxıb. O, Çempionlar Liqası və Avropa Liqasında 11 qola imza atıb.

Bundesliqanın bombardirləri sırasında isə Robert Levandovski və Erlinq Haalanddan geridə qalır. Nkunku 20 qolla 5-ci yerdə qərarlaşıb. 24 yaşlı ulduz Frank Riberidən (2008) sonra Bundesliqa tarixində mövsümün ən yaxşı oyunçusu seçilən ikinci fransız futbolçu ünvanına yiyələnib.
 
 

 
 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->