Xəbər lenti

Ekonomiks 18:40 16.07.2024

"Cahan Tabak Beynəlxalq" cərimə edilir

Tütün məmulatlarının istehsalı və satışını həyata keçirən "Cahan Tabak Beynəlxalq" MMC barəsində inzibati protokol tərtib edilib. 

Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.1-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmaması) maddəsi ilə ittiham olunur. 

İş baxılması üçün Naxçıvan Muxtar Respublikası (MR) Şəhər Məhkəməsinə göndərilib. İyulun 19-na iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim hakim Gülsüm Əliyevanın sədrliyi ilə keçiriləcək. 

485.1-ci maddəyə əsasən, fiziki şəxslər 20 manatdan 50 manatadək, vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

"Cahan Tabak Beynəlxalq" MMC "Cahan Holdinq"ə daxildir. Uzun illər mediada bu holdinqin Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olduğu barədə məlumatlar dərc edilib. 

Vasif Talıbov vəzifəsini itirdikdən sonra onun bir çox şirkətlərinin əlindən alındığı iddia edilir. Bu sırada "Cahan Holdinq"in də adı çəkilir. Lakin bəzi məıumatlara görə, holdinq hələ də keçmiş sədrin nəzrətindədir. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->