Ekonomiks 22:01 08.06.2023

"Carlsberg Azerbaijan”  məhkəməlik oldu (SƏBƏB)

Azərbaycan pivə bazarının böyük istehsalçılarından olan "Carlsberg Azerbaijan” şirkəti barəsində məhkəmə iddiası qaldırılıb.

Qaynarinfo-nun məlumatına görə, işə Abşeron Rayon Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə baxılacaq.

Belə ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.

Gömrükdən keçirilən mallarla bağlı bəyannaməni vaxtında təqdim etməyən "Carlsberg Azerbaijan” İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozub. Bu maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər isə min beş yüz manat məbləğində cərimə edilir.
 

Alius Antulis

Qeyd edək ki, baş direktoru Alius Antulis olan "Carlsberg Azerbaijan" şirkəti "Xırdalan”, "Tuborg”, "Xırdalan Draft”, "Xırdalan Export”, "Kuler”, "Əfsanə”, "Baltika 7", "Baltika 0", "Baltika 9", "Jiqulyovskoye firmennoye", "Kvas Taras" pivələrini istehsal edir.

Əhməd