XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Cəbrayılın bu kəndində 80 mina tapıldı
Ölkə09:34 28.01.2021

Cəbrayılın bu kəndində 80 mina tapıldı

Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qaza­nılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin İran İslam Respublikası dövlət sər­hədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun bərpa edilməsi tədbirləri davam etdirilir.
Bu barədə Qaynarinfo-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin İran İslam Respublikası ilə dövlət sərhəd xətti boyu mina­ladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühən­dis-istehkam bölmələri tərəfin­dən hazırda minalar­dan təmizlənilir.
Son günlər ərzində Cəbrayıl rayonunun Həsənli kəndi yaxın­lı­ğın­da 80 ədəd tank əleyhinə mina sərhədçi istehkamçılar tərə­fin­dən zərərsizləşdirilib.