Siyasət 11:15 14.06.2022

Çin ABŞ-a barmaq silkələdi: “kimsə Tayvanı Çindən ayırmağa çalışsa…”

Əgər kimsə Tayvanı Çindən ayırmağa çalışsa, biz nəyin bahasına olursa-olsun, sona qədər mübarizə aparacağıq.

Qaynarinfo "Aljazeera”yə istinadla xəbər verir ki, bu sözləri Çin müdafiə naziri deyib

Çin müdafiə naziri Tayvanla bağlı xarici müdaxilənin uğursuzluğa düçar olacağını deyib. 

Onun sözləri Amerika ilə münasibətlərdə yaranan gərginliyi bir az da artırır.

"Əgər kimsə Tayvanı Çindən ayırmağa cəsarət etsə, biz nəyin bahasına olursa-olsun sona qədər mübarizə aparacağıq. Bu, Çin üçün yeganə seçimdir”, - Çinin müdafiə naziri Vey Fenqe bazar günü Şanqri-La Dialoq təhlükəsizlik sammitində deyib.

Vey ABŞ-ın müdafiə naziri Lloyd Ostinə cavabında deyib: "Heç kim Çin silahlı qüvvələrinin ərazi bütövlüyünü qorumaq əzmini və qabiliyyətini şübhə altına almamalıdır".

Çin müdafiə naziri Amerikaya işarə edərək deyib ki, bəzi ölkələr daxili işlərinə qarışmaq üçün Çinə qarşı Tayvan kartıyla oynamağa çalışır. 

"Heç kim Çinin yenidən birləşmə yolunu dayandıra bilməz",- o deyib.

Qeyd edək ki, Amerika müdafiə naziri Dialoqdakı çıxışında Pekini "təxribatçı və sabitliyi pozan" hərbi fəaliyyətdə günahlandırıb və ABŞ-ın Asiya Sakit Okeandakı müttəfiqləri və tərəfdaşlarının yanında olacağını deyib.

Nurlan Hüseynov