Xəbər lenti

Çin bir ayda ikinci ABŞ casusunu həbs etdi
Dünya 14:14 21.08.2023

Çin bir ayda ikinci ABŞ casusunu həbs etdi

Çin Milli Təhlükəsizlik Nazirliyi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) işləməkdə şübhəli bilinən 39 yaşlı dövlət qulluqçusunu həbs edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə nazirliyin bəyanatına istinadən "South China Morning Post" məlumat yayıb.

Bu, son bir ayda Amerika casusunun həbs olunduğu iddia edilən ikinci həbsdir.

Nazirliyin açıqlamasından belə nəticəyə gəlinir ki, saxlanılan şəxsin adı Haodur. Lakin hesabatda həbs edilən şəxsin nə cinsi, nə də hansı nazirlikdə olduğu göstərilmir. Bildirilir ki, Hao Yaponiyada tələbə kimi ABŞ vizası üçün müraciət edərkən MKİ tərəfindən casusluğa cəlb edilib. Həmin vaxt o, ABŞ vətəndaşı olan Ted adlı şəxslə və artıq MKİ-də işləyən Çin vətəndaşı Li Tsünlə tanış olub. Onlar birlikdə Haonu ABŞ kəşfiyyatına işləməyə inandırıblar. 

Çin hakimiyyətinin məlumatına görə, Hao Çinə qayıtdıqdan və ölkənin nazirliklərindən birində iş tapdıqdan dərhal sonra casusluq fəaliyyətinə başlayıb. Onun topladığı məlumatları ötürmək və pul mükafatı almaq üçün Çində MKİ nümayəndələri ilə bir neçə dəfə görüşdüyü iddia edilir.

Qeyd edək ki, avqustun 10-da Milli Təhlükəsizlik Nazirliyi MKİ-yə işləməkdə şübhəli bilinən daha bir vətəndaşın həbs olunduğunu elan edib. Məlum olub ki, həbs edilən şəxs dövlət müdafiə sənayesi müəssisəsinin 52 yaşlı işçisidir. Həmin şəxs də Hao kimi vaxtilə xaricdə - İtaliyada təhsil alıb və burada MKİ tərəfindən casusluğa cəlb edilib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->