Xəbər lenti

COP29: Bu, Azərbaycanın siyasi uğurdur - Deputat
Siyasət 14:15 13.11.2024

COP29: Bu, Azərbaycanın siyasi uğurdur - Deputat

"COP29-da iştirak edən tərəflərlə, müxtəlif ölkələrin dövlət başçıları, hökumət rəhbərləri ilə münasibətlərin bir qədər də yaxşılaşması, dərinləşməsi və çoxtərəfli münasibətlərin formalaşması reginonda Azərbaycanın nüfuzuna siyasi dividentlər gətirəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. 

Onun fikirincə, ikitərəfli münasibətlərin formalaşması istiqamətində Azərbaycanın gələcəkdə atdığı addımlara dəstək kimi də qəbul edilməlidir:

"BMT-in iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransı özündə dünyanın 197 ölkəsini birləşdirir. Birləşmiş Millətlər Təşkilatına üzv olan ölkələrin hər biri eyni zamanda tərəflər konfransının üzvüdür. 1995-ci ildən etibarən hər il tərəflər konfransının növbəti sesiyası keçirilir. Bu il isə 29-cu sesiyadır. COP29 adlanan tədbirin Azərbaycana həvalə edilməsi və Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi ilə bağlı ötən il keçirilən 28-ci sesiyada qərar qəbul edildi. Bu qərarın qəbul edilməsi ilə özlüyündə Azərbaycanın diplomatik və siyasi uğuru kimi qəbul edilməlidir”. 

Deputat hər il bu tədbirə bir nüfuzlu dövlətin ev sahibliyi etdiyini bildirib:

"Ev sahibliyi edən dövlətə bu tədbirin keçirilməsinin həvalə edilməsi həmin dövlətin konkret olaraq beynəlxalq nüfuzu və ya ona yönəlik münasibətin bilavasitə təsdiqidir. Ev sahibliyi etməklə Azərbaycan beynəlxalq ictimaiətin diqqətini özünə yönəldib. Bu da bir siyasi uğurdur”. 
 


Deputat hesab edir ki, Azərbaycan həqiqətlərinin tərəfdaşlar konfransının sesiyasında iştirak edən dövlətlərin, eləcə də həmin dövlətlərin rəsmiləri vasitəsi ilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması da Azərbaycanın siyasi tərəfdən müsbət dividentlər əldə etməsi deməkdir:

"Həmçinin bu tədbirə təxminən 80 mindən artıq müxtəlif ölkədən nümayəndələrin gəlməsi və iştirakı, eləcə də 80-dən artıq dövlət və hökumət başçılarının bu tədbirdə iştirakı Azərbaycanın həm regional, həm də qlobal maştabda beynəlxalq nüfuzundan xəbər verir. Eyni zamanda Azərbaycanın iqlim dəyişiklikləri üzrə proseslərdə yaxından iştirakı və bu sahədə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi anlamına gəlməklə yanaşı, beynəlxalq ictimaiyyətə ciddi mesajlar verir ki,  Azərbaycan nüfuzlu və regionun aparıcı dövlətidir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bu tədbirə ev sahibliyi etməsi Azərbaycanın siyasi uğuru və proseslərdə iştirakının əhəmiyyətli olduğunun sübutudur.
 
COP29-da iştirak edən tərəflərlə, müxtəlif ölkələrin dövlət başçıları, hökumət rəhbərləri ilə münasibətlərin bir qədər də yaxşılaşması, dərinləşməsi və çox tərəfli münasibətləırin formalaşması reginonda Azərbaycanın nüfuzuna siyasi dividentlər gətirəcək".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->