Xəbər lenti

İdman 18:00 01.08.2023

Cüdo millimiz Çində medal qazandı

Çinin Çenqdu şəhərində keçirilən 31-ci Ümumdünya Yay Universiadasında cüdo millimiz bürünc medal qazanıb.

Qaynarinfo-nun məlumatına görə, komanda yarışlarında Kənan İsmayılov (-66 kq.), Rəşid Məmmədəliyev (-73 kq.), Məhərrəm İmamverdiyev (-81 kq.), Elcan Hacıyev (-90 kq.), Ruslan Nəsirli (+90 kq.) və Toğrul Salmanov (+90 kq.) tatamiyə çıxıb.

Cüdoçularımız ilk görüşdə Amerika Birləşmiş Ştatları yığmasını 3:1, 1/4 finalda Fransa yığmasını 3:2 hesabı ilə məğlub edib. Cüdoçularımız yarımfinalda Özbəkistan yığmasına uduzub.
 
İdmançılarımız üçüncü yer uğrunda mübarizədə Monqolustan komandasına 3:1 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
 
İdmançılarımız fərdi yarışlarda 1 gümüş və 2 bürünc medala sahib olub.
 
Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->