Xəbər lenti

İdman 13:13 31.07.2023

Cüdoçularımız Berlində dörd medal qazandı

Almaniyanın paytaxtı Berlin şəhərində gənclər arasında Avropa Kuboku turnirinin ikinci yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.

Qaynarinfonun məlumatına görə, yarışın ikinci günündə oğlanlar arasında -90 kq. və +100 kq. çəki dərəcələrində, qızlar arasında isə -52 kq. və -57 kq. çəki dərəcəsində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. 

Oğlanlardan Vüqar Talıbov bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalını qazanıb. Kənan Nəsibov isə bürünc medalla kifayətlənib. İsmayıl Zamanov və Əjdər Bağırov turniri yeddinci yerdə başa vurublar.
 
Qızların mübarizəsində Aydan Vəliyeva bürünc, Fidan Əlizadə isə gümüş medala sahib olub.
 
İdmançılarımız yarışda ümumilikdə iki qızıl, iki gümüş və üç bürünc medal əldə edib. Nəticələrə görə, cüdoçularımız turniri ümumi hesabda üçüncü, oğlanlar arasında ikincici, qızlar arasında isə səkkizinci yerdə başa vurub.
 

 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->