Xəbər lenti

Dağlıq rayonlarda yağış yağacaq, dolu düşəcək
Ölkə 16:11 12.07.2024

Dağlıq rayonlarda yağış yağacaq, dolu düşəcək

Azərbaycanın rayonlarında iyulun 13-15-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->