Xəbər lenti

İdman 11:20 12.04.2024

Daha bir Premyer Liqa klubunun xalları silindi

Ötən mövsüm Premyer Liqaya yüksələn və liqada qalmaq üçün mübarizə aparan "Şeffild Yunayted"ə xalların silinməsi cəzası verilib.

Qaynarinfo-nun məlumatına görə, klubdan verilən açıqlamada, 2022/23 mövsümündə maliyyə qaydalarını pozduğuna görə EFL rəhbərliyi tərəfindən xal silinmə cəzası tətbiq edildiyi bildirilib.

Ancaq "Şeffild Yunayted" bu cəzanı Premyer Liqada deyil, Çempionşipdə çəkəcək. Çünki klub qayda pozuntusuna məhz həmin çempionatda olarkən yol verib. Komanda Çempionşipdə ilk mövsümünə mənfi iki xalla başlayacaq.

Hazırda Kris Uaylderin rəhbərliyi altında "Şeffild Yunayted" Premyer Liqada sonuncu yerdə qərarlaşıb. 31 tur ərzində "Şeffild Yunayted" cəmi 16 xal toplayıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->