İdman 14:52 23.03.2023

Daha bir rekorda yaxın olan Ronaldo oynadığı liqanı təriflədi

Portuqaliyalı usuperulduz Kriştiano Ronaldo çıxış etdiyi Səudiyyə Ərəbistanı liqasını tərifləyib.

"Qaynarinfo xəbər verir ki, "Mançester Yunayted"i "Əl Nassr"a dəyişən futbolçu bu barədə hazırda yer aldığı millinin düşərgəsində danışıb. O, Səudiyyə Ərəbistanı çempionatının dünyanın ən yaxşı 5-ci və ya 6-cı liqası olacağını deyib. 

"Səudiyyə Ərəbistanı Liqası Premyer Liqa olmasa da, müsbət mənada təəccüblənirəm. Planlarına davam etsələr, gələcəkdə dünyanın ən rəqabətli 5-ci və ya 6-cı liqasına sahib olacaqlar".

Ronaldo AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Lixtenşteynlə matçda forma geyinmək şansı qazansa, millinin heyətində ən çox meydana çıxan futbolçu olacaq. O, 196 matçla bu rekordun hazırkı sahibi, Küveyt millisinin hücumçusu Badr Əl-Mutavanı geridə qoyacaq. 

Səbuhi Həsənov