ABŞ prezidenti Co Bayden BMT Təhlükəsizlik Şurasının strukturunun dəyişdirilməsini təklif edəcək. O, beş və ya altı ölkəni bura daxil etmək istəyir.
Qaynarinfo
xəbər verir ki, bu barədə Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "The Daily Telegraph"a müsahibəsində bildirib.
"Biz açıq şəkildə bildirdik ki, Təhlükəsizlik Şurasının strukturu məsələsini gündəmə gətirməyin vaxtının yetişdiyinə inanırıq", - Kirbi deyib və Baydenin Təhlükəsizlik Şurasının tərkibini "daha əhatəli" etmək istədiyini söyləyib. Kirbi qeyd edib ki, bu barədə daha ətraflı özü danışacaq.
Təklifin BMT Baş Assambleyasının sessiyasında elan ediləcəyi planlaşdırılır. Bayden Hindistan, Braziliya, Almaniya və Yaponiya və Cənubi Afrika da daxil olmaqla, BMT Təhlükəsizlik Şurasına "beş və ya altı” yeni daimi üzv daxil etməkdə israr edir.
Hazırda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransadır. Yalnız onların veto hüququ var.
Alpər
Şərhlər